DTXnin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər AZƏRTAC

12.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

DTX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DTX-nin əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью