Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Biz həmişə yağışın yağmasını istəmişik. Ən azından ona görə ki, yağış yağanda bütün təbiətə, ağaclara, güllərə, çiçəklərə , otlara, zəmiyə can verir.
Əgər uzun müddət yağışlar yağmasa, dəmiyə torpaqlarda əkilən taxıl sahələri hamısı puç olar, orada əkilən hər şey quruyar! Başqa sözlə, demiş olsaq , taxıl bol olmasa , çörək bol olmaz! Bunlar hamısı aydındır! Aydın olmayan odur ki, həddındən artıq yağış yağanda kəndə təsərrüfatının əsas sahələri ziyan görür.
Belə ki, fasiləsiz yağıslar , mer- meyvələri məhv edir, taxılı, arpanı yetişməyə qoymur və biçılmiş otlar sahələrdə qalıb çürüyür. Və aramsız yağışlar otu biçməyə də imkan vermir! Artıq ölkəmizdə arpa biçimi başlayır. Onu da deyək ki, dolu və leysan yağış taxıl və arpa sahələrinə böyük ziyan vurub.
Çünki güclü yağışdan və doludan sonra həmin sahələrə yerə yatıb. Bu da arpa və taxıl biçən kombaynların işini çətinləşdirir və biçini ləngidir!!! Ona görə də Allaha dua edək ki, biçin vaxtı yağışlar yağmasın və insanların çəkdiyi zəhmət hədər yerə getməsin. İnşallah , Ulu Yaradan səsimizi eşidər !!!
Emil FAİQOĞLU