Dua edirdim ki, ciddi bir şey olmasın

31.05.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dua edirdim ki, ciddi bir şey olmasın"

"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal dünya çempionatının ilk matçlarını qaçırmaq təhlükəsi yaradan zədəsi barədə danışıb.

QOL.az xəbər verir ki, COPE nəşrinə açıqlama verən 18 yaşlı futbolçu mundialdan öncə böyük qorxu hissi yaşadığını gizlətməyib: 

"Zədə aldığım anı çox yaxşı xatırlayıram. Dua edirdim ki, ciddi bir şey olmasın. Çox qorxurdum, xüsusən də dünya çempionatını qaçıracağımdan narahat idim. Beynimdə elə bir hiss var ki, sanki bütün mövsüm boyu heç bir oyuna çıxmamışam və mundialda debüt edəcəyim anı böyük səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Lamin Yamal İspaniya yığmasının iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 üçün yekun iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, İspaniya millisi dünya çempionatının H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью