Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir. Müğənni Dua Lipa aktyor Kallum Törner ilə nişanlanıb.
Qaynarinfo bu barədə "The Sun"a istinadən xəbər verir. Cütlüyün yaxın dostları bildiriblər ki, nişan mərasimi sakit şəraitdə baş tutub və on
"Dua və Kallum bir-birlərini çox sevirlər. Onlar bilirlər ki, bu, ömürlük bir münasibətdir.
Kallum Dua üçün etibarlı bir dayaqdır və onlar əla cütlükdürlər", deyə mənbə qeyd edib.
Bundan əvvəl "The Sun" yazmışdı ki, Kallum Törner və Dua Lipa Londonda Yeni il üçün böyük bir ziyafət təşkil etməyi düşünürlər.
Tədbirin "tam məxfi yerdə" keçiriləcəyi və ora cütlüyün bütün dostları ilə ailə üzvlərinin dəvət ediləcəyi bildirilmişdi.
Nəşr güman edir ki, həmin ziyafətdə məşhurlar həmçinin nişanlarını da qeyd edəcəklər.
Yanvar ayının əvvəlində Dua Lipa və aktyor Kallum Törner arasında münasibətlərin olması barədə ilk şayiələr yayılmışdı.