Dua Lipa və Britni Spirsin mahnılarının müəllifi öldürüldü!

09.06.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

35 yaşlı müğənni və mahnı müəllifi Talay Riley Londonda qətlin qurbanı olub.
OLAY yazır ki, musiqiçi Silvertown rayonunda bıçaq xəsarətləri ilə tapılıb. Polisin məlumatına görə, o, hadisə yerində vəfat edib.

Qeyd edək ki, Talay Riley Dua Lipa, Britney Spears, Zendaya və Ellie Goulding kimi dünya ulduzları ilə əməkdaşlıq edib. 2019-cu ildə Riley “Lights On” mahnısının müəllifi kimi tanınıb. Bu mahnı “H.E.R.”in albomunda yer alıb və Qremmi mükafatına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью