“Dualarımız hadisə qurbanları və onların ailələri ilədir”

02.01.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Düşüncələrimiz və dualarımız hadisənin qurbanları və onların ailələri ilədir. Biz terrorizmin bütün aktlarını, üsullarını birmənalı şəkildə pisləyirik”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, yanvarın 1-i baş verən hadisə zamanı 10 nəfər həlak olub, daha 35 nəfər isə yaralanıb. ABŞ Federal Təhqiqatlar Bürosu insidenti terror aktı adlandırıb və hadisəni törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью