Duarte vətəninə döndü RƏSMİ

26.02.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Braziliyanın "Santos" klubunda çıxış edən müdafiəçi Aleksis Duarte doğma ölkəsi Paraqvaya qayıdıb. 

Fanat.Az xəbər verir ki, o, "Libertad" kluuna keçib. 

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 25 yaşlı müdafiəçi "Libertad"da 2026-cı ilin yayının ortalarına qədər icarə əsasında çıxış edəcək.

Duarte 2025-ci ilin yayında qoşulduğu "Santos"da demək olar ki, oynamayıb. O, mümkün 12 oyundan yalnız birində meydana çıxıb. 

Paraqvay millisinin üzvü olan mərkəz müdafiəçisi "Serro Portenyo"nun akademiyasının yetirməsidir. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью