Dubay aeroportu VURULDU

03.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava limanının hərbi sektoruna zərbə endirib.

Avtosfer.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi "Telegram" kanalı xəbər yayıb.

Bildirilib ki, Dubay aeroportunun hərbi hissəsi ilə yanaşı, "Əl-Dəfra", "Əl-Səfran" və "Əl-Minhad" hərbi bazaları da hücuma məruz qalıb.

İyunun 3-də yayılan informasiyalarda qeyd olunurdu ki, SEPAH Bəhreyndə yerləşən ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də region ölkələrinin birindəki aviabazasına raket və dron zərbələri həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью