“Dubay” Avroliqada çıxış edəcək

03.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin “Dubay” basketbol klubu gələn mövsümdən Avropanın elit-turniri Avroliqada çıxış edəcək.

İdman.biz xəbər verir ki, klubla liqa arasında müqavilənin bir neçə il müddətinə nəzərdə tutulduğu bildirilir.

Hazırkı mövsümdə "Dubay" regionun ən güclü basketbol çempionatı olan və Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Monteneqro və Şimali Makedoniya klublarının daxil olduğu ABA Liqasında (Adriatik Liqası) oynayır. BƏƏ təmsilçisi 25 oyundan sonra 16 iştirakçı arasında 3-cü yeri tutur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью