Dubay Beynəlxalq Aeroportu ilin ilk 9 ayında 70 milyondan çox sərnişin qəbul edib

19.11.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 19 noyabr, AZƏRTAC

Dubay Beynəlxalq Hava Limanı 65 illik tarixi ərzində rüblük sərnişin axını üzrə yeni rekord qeydə alıb. 2025-ci ilin üçüncü rübündə hava limanı 24.2 milyon sərnişin qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz artım deməkdir.

AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, qeyd olunan hava limanında ilin ilk doqquz ayında ümumi sərnişin sayı 70.1 milyon nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz artım deməkdir.

Eyni zamanda, ilin üçüncü rübündə reyslərin sayı 115 minə çatıb. Yanvar–sentyabr dövründə Dubay Beynəlxalq Hava Limanı ümumilikdə 336 min reysə xidmət göstərib ki, bu da illik müqayisədə 2.7 faiz artımdır.

Dubay aeroportu ən çox Hindistandan sərnişin qəbul edib (8.8 milyon). Onun ardınca Səudiyyə Ərəbistanı (5.5 milyon), Böyük Britaniya (4.6 milyon), Pakistan (3.2 milyon) və ABŞ (2.4 milyon) gəlir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью