Dubay Əmirinin qardaşı dəfn edildi Video Yenilənib

22.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun kiçik qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum 76 yaşında vəfat edib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Şeyx Əhməd bin Rəşid əl-Məktumun vəfatı ilə bağlı 10 günlük matəm elan olunub.

Bu gündən etibarən əmirlik boyu bayraqlar yarıya endiriləcək.

Əmirin qardaşının ölüm səbəbi hələ açıqlanmayıb.

Şeyx Əhmədin cənazə namazı bu gün Zaabil Böyük Məscidində qılınacaq.

***

Şeyx Əhməd bin Rəşid əl-Məktum Dubayda Umm Hurair qəbiristanlığında dəfn edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью