Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qahirə, 5 iyun, AZƏRTAC
Cari il dekabrın 7-dən 14-dək BƏƏ-nin Dubay şəhərində gənclər arasında Para-Asiya oyunları keçiriləcək.
AZƏRTAC BƏƏ xəbər agentliyinə istinadla bildirir ki, 45 ölkənin iştirak edəcəyi idman tədbiri barədə müqavilə Dubayda Asiya Paralimpiya Komitəsinin qərargahında imzalanıb.
Qeyd edək ki, adıçəkilən oyunların Özbəkistanda keçirilməsi barədə razılıq əldə edilmişdi. Lakin Özbəkistan son anda bu barədə fikrinə dəyişiklik edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə