Dubay Safari Park yeni mövsümə hazırlaşır

05.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dubay Safari Parkı 12 oktyabrda səkkizinci mövsümünü açacaq. Park ilk dəfə “Wildest Opening Week” adlı xüsusi həftə təşkil edəcək. Tədbir oktyabrın 12-dən 18-dək davam edəcək.

Açılış həftəsində uşaqlar və ailələr üçün safari mövzulu müxtəlif əyləncə və maarifləndirici proqramlar keçiriləcək. Ziyarətçilər həmçinin parkın altı tematik zonasını və müxtəlif vəhşi heyvanları müşahidə edə biləcəklər.

Yeni mövsümdə aslan, zürafə və kərgədanlarla daha yaxından tanış olmaq imkanı verən safari turları, canlı təqdimatlar və təbiətin qorunmasına həsr olunan proqramlar da nəzərdə tutulub.

Hazırladı:
Səadət Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью