Dubayda 4 cü Ümumdünya Polis Sammiti işinə başlayıb

14.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 14 may, AZƏRTAC

Mayın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü Ümumdünya Polis Sammiti işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək tədbirdə hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri və dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak edirlər.

“Polis fəaliyyətinin gələcəyini formalaşdırmaq” şüarı altında keçirilən sammitdə müasir təhlükəsizlik çağırışları müzakirə olunur. Tədbirdə 300-dən çox beynəlxalq mütəxəssis və məruzəçi iştirak edir. Keçənilki tədbirlə müqayisədə iştirakçıların sayında 25% artım gözlənilir.

Builki sammit polis fəaliyyətinin gələcəyi ilə bağlı bir sıra mühüm mövzuları, o cümlədən kibertəhlükəsizlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, süni intellektin polis əməliyyatlarında tətbiqi, ictimai təhlükəsizlik məsələlərini və yeni təhlükəsizlik çağırışlarını müzakirə edir. Sammitin məqsədi beynəlxalq əməkdaşlığı gücləndirmək və hüquq-mühafizə orqanları arasında ən yaxşı təcrübələrin mübadiləsini təşviq etməkdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью