Dubayda 50 milyard dollara regionun ən böyük ticarət mərkəzi tikiləcək

29.11.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 50 milyard dollara regionun ən böyük ticarət mərkəzi tikiləcək.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Emaar Properties" məlumat yayıb.

Məlumata görə, "Dubai Creek Harbour" ərazisində inşa olunacaq "Dubai Square Mall"ın üç il ərzində açılışı planlaşdırılıb.

Sözügedən layihə "Downtown Dubay"dan təxminən üç dəfə böyük olacaq və Yaxın Şərqdə ən böyük pərakəndə satış mərkəzlərindən birinə çevriləcək.

Qeyd olunur ki, "Dubai Square Mall"da elektromobillər üçün xüsusi yerlər yaradılacaq və bu, müştərilərə maşınlarını tərk etmədən alış-veriş etmək imkanı verəcək.

Layihə həm də alış-veriş və xidmət proseslərini optimallaşdırmaq üçün süni intellekt elementlərini də özündə birləşdirəcək.

https://t.me/oxuaze/164350?single

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью