Dubayda dünyanın ən böyük qızıl külçəsi istehsal edildi

21.11.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory" dünyanın ən böyük qızıl külçəsini istehsal edib.

Modern.az xəbər verir ki, çəkisi 300 kq-dan çox olan külçə "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.

Qeyd edək ki, "Emirates Minting Factory" gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью