Dubayda qalan aktyorlar vətənə döndü

06.03.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Baş rollarını Şevket Çoruhla paylaşdığı "Bir Baba Hamlet" tamaşası üçün Dubaya gedən aktyor İlker Ayrık, uçuşların ləğvi səbəbindən aktyor heyətinin bölgədə qaldığını açıqlamışdı.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, günlər sonra Türkiyəyə qayıtdıqlarını açıqlayıb.

"Bu səhər Omanın Məsqət şəhərindən 18 saatlıq uçuşdan sonra evə qayıtdıq. Ailəm, bütün teatr kollektivimiz, hamımız çox yaxşıyıq. Mesajlarını görüb-görmədiyim, cavab verib-vermədiyim barədə zəng edən, soruşan və maraqlanan hər kəsə çox təşəkkür edirəm. Çoxlu sayda pərəstişkarımız, dostumuz və sevdiyimiz var. Hamınıza təşəkkür edirəm", - deyə aktyor bildirib.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью