Dubayda yaralanan vətəndaşımızdan XƏBƏR VAR

11.03.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb. 

Bu barədə Modern.az-a Azərbaycanın Dubaydakı Baş Konsulluğundan məlumat verilib. 

Xəstəxanadan buraxılan vətəndaş Baş konsulluq tərəfindən ailə üzvü ilə birlikdə hava limanına yola salıb.

Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.

Qeyd edək ki, İsrail-İran müharibəsinin ilk günlərində İranın Birləşmiş Ərəb Əmirliklərini, Dubay şəhərini dron, raket hücumlarına məruz qoyması zamanı şəhərdə yerləşən otellərdən birinin qarşısında Sərxan Məmmədli adlı soydaşımız ağır yaralanmışdı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью