Dubaydakı göydələndə yanğın baş verib

18.06.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dubayın Şeyx Zayed prospektində yerləşən "Emirates Financial Towers" göydələnində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb.

Məlumata görə, yanğın binanın təmir işlərinin aparıldığı mərtəbələrdən birində başlayıb.

Dubay Mülki Müdafiə Xidmətinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunaraq alovu qısa müddətdə lokallaşdırıblar.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью