Dubaydakı Konsulluğumuz hərəkətə keçdi Zeynəb Cavadlı məsələsi böyüyür

04.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Konsulluqdan bildirilib.

Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır:

"Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq işlər aparılır. Baş Konsulluq konsulluq mandatına uyğun olaraq zəruri tədbirləri görməkdədir".

Töhfə Səməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью