Dubaydan Bakıya qızıl külçələr keçirmək istədi SAXLANILDI

08.10.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

BAKU.WS bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd "Pamp" markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью