Dubaydan gələn sərnişin aeroportda saxlanıldı: görün nələr gətirib?

10.10.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Dubay-Bakı aviareysilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью