Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı Foto

03.07.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

“Sitat.info” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью