Dubaydan Təl Əvivə uçan Flydubai layneri pilotların davasından sonra Səudiyyə Ərəbistanına eniş edib

30.09.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dubaydan Təl-Əvivə uçan "Flydubai" layneri pilotların davasından sonra Səudiyyə Ərəbistanına eniş edib

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinə məxsus təyyarə həyəcan siqnalı fonunda Səudiyyə Ərəbistanına yönləndirilib. Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.

KİV-in məlumatına görə, ekipaj müxtəlif həyəcan siqnalları verib, onlardan biri hava gəmisinin qaçırılması cəhdi ilə bağlı olub. İsrailin qırıcı təyyarələri havaya qaldırılıb.

Təyyarə İordaniya üzərində geri dönərək Səudiyyə Ərəbistanına istiqamət alıb və orada eniş edib. İsrail mediasının məlumatına görə, insidentə səbəb pilotlar arasında baş verən dava olub. Münaqişənin təfərrüatları araşdırılır.

12-ci kanalın versiyasına görə, təyyarənin kabinəsində pilotlar arasında dava düşüb, bundan sonra hava gəmisinin qaçırılması ehtimalını bildirən 7500 kodu aktivləşdirilib. Bu versiyaya görə, təyyarəni Rusiya və Ukraynadan olan pilotlar idarə edib. Ukraynalı pilot ikinci pilot olub.

Təyyarənin göyərtəsində əksəriyyəti İsrail vətəndaşları olmaqla 150-dən çox insan var. İnsident fonunda İsrailin hökumət başçısı Binyamin Netanyahu təcili müşavirə çağırıb.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью