Dubayı rekord sayda turist ziyarət edib

10.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2024-cü ildə Dubayı 18.7 milyon xarici turist ziyarət edib ki, bu da əmirliyin yeni rekordudur.

Oxu.Az xəbər verir ki, məlumat Dubay hökumətinin mətbuat xidməti olan "Dubai Media Office" tərəfindən açıqlanıb.

2023-cü ilə nisbətən artım 9 faiz təşkil edib.

"Turizm sektoru inkişafını davam etdirib. 832 hotel müəssisəsində orta doluluq 78% olub ki, bu da 154 mindən çox otaq deməkdir", - Dubayın vəliəhdi şeyx Həmdan bin Məhəmməd Əl Məktum "X"də yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью