Dubravkanın yeni klubu bəlli oldu Premyer Liqada qaldı

25.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Slovakiya millisinin qapıçısı Martin Dubravka karyerasını "Tottenhem"də davam etdirəcək.

Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper London təmsilçisinə azad agent kimi qoşulub.

Təcrübəli qapıçı son olaraq "Bernli"nin formasını geyinib. Müqaviləsinin başa çatmasından sonra sərbəst qalan Dübravka "Tottenhem"lə anlaşıb. Transfer üçün hər hansı ödəniş edilməyib.

Qeyd edək ki, Martin Dubravka karyerası ərzində "Jilina", "Esbyerq", "Slovan Liberets", "Sparta" (Praqa), "Nyukasl" və "Mançester Yunayted" kimi klublarda çıxış edib. 

O, Slovakiya millisinin heyətində 50-dən çox oyun keçirən qapıçı DÇ-2026-da da komandasının əsas üzvlərindən biri olub.

“Yuventus”un qapıçısı Türkiyə yolunda Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью