Duda: ABŞ Avropada qoşunlarının mövcudluğunu azaltmaq fikrində deyil

19.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq fikrində deyil.

APA xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda ABŞ liderinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizə düşən hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью