Duda Azərbaycanla sərhədə getdi Rəsmi Bakıdan reaksiya

27.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri təəssüf ki, Aİ-yə üzv müxtəlif ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında etdiyi paylaşımda qeyd olunub.

“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan bir ölkənin prezidentinin qəbuledilməz diplomatik “binokl şousunda” iştirak etməsindən dərin təəssüf hissi keçiririk”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, A.Duda Ermənistanda rəsmi səfərdədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью