Duda İrəvanda nə iş görür? Sərhəddə təxribat ola bilər | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir.Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbəkə hesabında yazıb.
1. Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir; 2.
O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və AB-nin müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq.
2025-ci ilin yanvarından etibarən AB Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır.
Hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur.
Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib.
AB-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı birliyin Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır.
Tam oxu
Xəbəri oxu