Duda NATO dan Ukraynaya üzvlük üçün rəsmi dəvət göndərməyi xahiş edib

16.01.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hələlik bu, Ukrayna tərəfinin gözləyə biləcəyi maksimumdur”

“NATO Ukraynaya Alyansa üzv olmaq üçün rəsmi dəvət göndərməlidir”. AYNA “Gazeta.ru”ya istinadən bildirir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu gün Polşa Prezidenti kimi, Ukraynanın qonşusu kimi, əvvəldən Ukraynaya yardımda iştirak etmiş biri kimi mən birmənalı olaraq NATO ölkələrinin Ukraynaya Şimali Atlantika Alyansına qoşulmaq üçün dəvət göndərməsini xahiş edirəm”, Duda qeyd edib.

Prezident qeyd edib ki, hələlik bu, Ukrayna tərəfinin gözləyə biləcəyi maksimumdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью