Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hələ ötən ay Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirmişdi ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəklər və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacaqlar.
Göründüyü kimi Ermənistan hakimiyyəti bir yandan sülhdən danışır, digər yandan isə Fransa və digər havadarlarının təhriki ilə sürətlə silahlanır.
Ölkədə yenidən revanşizm əhval-ruhiyyəsi baş qaldırır, yeni müharibəyə hazırlıq gedir.
Burada baş nazir Paşinyanın “danılmaz” rolunu vurğulamaq yerinə düşər.
Paşinyanın Ermənistanda reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var.
Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür.
Digər tərəfdən Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görür ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.