Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Əkbər Əliyev onunla duet oxumaq istəyən xanım həmkarlarına şərt qoyub.
Qaynarinfo xəbər verir ki, sənətçi xanım müğənnilərlə duet oxumaq üçün qonorar tələb edəcəyini açıqlayıb.
Əkbər Əliyev bildirib ki, belə təkliflərə müsbət yanaşsa da, bunun üçün müəyyən məbləğ ödənilməli və duet fərqli formatda hazırlanmalıdır.
“Əgər hansısa xanım müğənnidən duet təklifi gəlsə, mütləq qonorar ödəməlidir. Həmçinin, fərqli bir format da olmalıdır. Həmin xanımlardan təxminən 10-15 min manat arasında qonorar istəyəcəyəm”, – deyə müğənni bildirib.
Bahar Rüstəmli