Dugin Bakını hədələdi, cavabsız qaldı Ekspert | Icma.az
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Rusiyanın Aleksandr Dugin və Vladimir Solovyov kimi “jurnalistləri” və “ekspertləri” arzul
Onlar açıq deməsələr də, bununla Rusiya imperiyasının və ya SSRİ-nin bərpasını istəyirlər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Dugin və Solovyov reallıq hissini itiriblər, Rusiya imperiyasının dövrü bitib: “Birinci Dünya müharibəsi Böyük Britaniya və Osmanlı imperiyası ilə yanaşı, Rusiya imperiyasının da dağılmasıyla nəticələndi.
Doğrudur, Rusiya imperiyasının yerində SSRİ yarandı, ancaq bu imperiyanın da ömrünü yalnız 70 il uzada bildilər.
Dugin və Solovyov arzularını səsləndirməklə qonşu ölkələri Rusiyadan daha çox uzaqlaşdırırlar. Onların bu hədələrini cavabsız qoymaq olmaz.
Məntiqsiz və təhlükəli açıqlamalarına görə Kreml Dugini və Solovyovu cəzalandırmırsa, deməli, Rusiyaya rəhbərlik edənlər də “imperiyanın bərpası” arzusuyla yaşıyırlar.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi məhz bu baxışın tərkib hissəsidir.
Tam oxu
Xəbəri oxu