Dugindən Putinə: Lenini ordan çıxart, özünə yer düzəlt | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinə Lenini mavzoleydən götürməyi və orada əsl imperatora yer açmağı təklif edilib.
Axar.az Rusiya Teleqram kanallarına istinadla xəbər verir ki, sözügedən təklif rusiyalı filosof və ideoloq Aleksandr Dugin tərəfindən edilib.
“Mən artıq bir dəfə yazmışdım ki, Putinə inam İmperatora inam kimidir.
İnanıram ki, imperatorumuzun Rusiya tarixindəki rolunu müqəddəs edəcək bir sıra atributlar - gələcək dəfn yeri, müasir Böyük Rusiyanın bütün uğurları üçün ibadət yeri yoxdur.
Artıq Putinin mavzoleyinə sitayiş etmək mümkün olacaq. Vladimir Vladimiroviç vəfat etdikdə, onun tabutunda növbələr yaranacaq.
Qarşıdakı illərdə, onilliklərdə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını, düşmənlərdən alınan Qərb tanklarını bura gətirəcəyik”, - Dugin bildirib.
Məlumata görə, Kremldəki mənbələr Duginin belə bir təklif irəli sürdüyünü təsdiq ediblər. “Bu təklif iki reaksiyaya səbəb olub.
Tam oxu
Xəbəri oxu