Dukure Everton u tərk edir

21.05.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Everton"un yarımmüdafiəçisi Abdulaye Dukure yayda komandanı tərk edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.

Malili oyunçunun müqavilə müddəti iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, 2020-ci ildən "Everton"da çıxış edən Dukure bu klubun heyətində ümumilikdə 165 oyuna çıxıb və 21 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью