Duma Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib

08.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya Dövlət Duması Rusiya Federasiyası ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.

APA-nın Moskva bürosu xəbər verir ki, müqavilə dumanın bu gün keçirilən plenar iclasında ratifikasiya olunub.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya və İran prezidentlərinin imzaladığı Müqavilə həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq məsələlər üzrə hərəkətlərin əlaqələndirilməsi baxımından iki ölkə arasında münasibətləri gücləndirəcək.

Qeyd edək ki, Rusiya Federasiyası ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə bu ilin yanvarın 17-də Moskvada imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью