Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. Azərbaycanda dekabrın 23-ü saat 9:00-a olan məlumata görə hava şəraiti əsasən yağmursu
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.