Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq XƏBƏRDARLIQ

05.05.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью