Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bakupost.az xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dumanlı havada yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci İsmayılov Abbas Novruz oğlunu vurub.
Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.