Dumanlı hava: görünüş məsafəsi məhdudlaşıb

26.01.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Respublikanın dağlıq ərazilərdə 13 dərəcə şaxta olub

Yanvarın 26-sı saat 10:00-a olan məlumata əsasən, hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. AYNA bu barədə Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına istinadən xəbər verir.

Düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью