Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir. Yəqin orta və yaşlı nəsil PAZ avtobuslarını xatırlayır.
Bu avtobuslarda ortada sarı faralar olurdu. Bunlar duman əleyhinə faralar idi və az hallarda istifadə edilirdi.
Bəs ümumiyyəttlə duman əleyhinə faralar nə üçündür və necə istifadə edilməlidir?Avtosfer.az xəbər verir ki, duman əleyhinə işıqlar ilk dəfə 30-cu illərdə idman avtomobillərində quraşdırılıb.
Obrazlı desək, tozun dumana qatışdığı yarış meydançasında pilotlar gözəyarı hərəkətə etməsin deyə stop faralarından əlavə maşınların sol arxa hissəsinə qırmızı işıq da quraşdırılırdı.
Prinsip bu gün də Formula 1 bolidlərində tətbiq edilir. Bunun ən yaxşı nümunəsi VAZ-2106-da bamperin altında olan duman əleyhinə fənər idi.
İndi əksər maşınlarda sökülüb. Vaxtilə belə düşünülürdü ki, duman əleyhinə faralar mütləq sarı olmalıdır.
Bu da fransız avtomobil sənayesindən gəlirdi. 1939-cu ildə Almaniya və digər ölkələrdə istehsal olunmuş maşınlardan fərqlənmək üçün fransız
Köhnə fransız filmlərində bunu aydın görmək mümkündür. Elə PAZ-ın farası da oradan gəlirdi.