Dumanlı havada idarəetmədən çıxan “Qazel” dərəyə yuvarlandı VİDEO

10.12.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Şamaxı-Göylər-Padar Çöl yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 10-da gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı yük avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzaya səbəb dumanlı havada sürücünün yolu görməməsi və qəfil idarəetməni itirməsi olub. Nəticədə yük maşını tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью