Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Şəmkir rayonu Yeni Həyat kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 23-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 99-SY-829 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb.
Qəzaya səbəb dumanlı hava şəraiti olub. Nətiəcədə idarəetmədən çıxan maşın dərəyə düşüb.
Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.