Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Dövlət Dumasına seçkilərində hakim Vahid Rusiya Partiyası birinci yeri tutub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 90,43%-i emal edildikdən sonra Vahid Rusiya səslərin 57,86%-ni toplayıb. Bu, hakim partiyanın 49,82% səs aldığı 2021-ci ilin nəticələrindən daha çoxdur.
Məlumatı “Euronews” verib.
Rusiya Federasiyası Kommunist Partiyası (RFP) ikinci yerdə (13,84%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü yerdə (8,90%), Yeni İnsanlar isə dördüncü yerdədir (7,94%). İlkin məlumatlara görə, Ədalətli Rusiya (4,95%) beş faizlik həddi keçə bilməyib.
İlkin nəticələr hakim partiyanın 301 yerlik konstitusiya çoxluğunu qoruyub saxlamasına imkan verir. Hazırkı parlamentdə o, 450 yerdən 324-nə sahib idi.
P.ƏMİRCANOV
XQ