Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, çayın suyunun son 80 ildə görünməmiş səviyyədə azalması “qoca qitə”də rekord qıran yüksək temperatur və quraqlıqdır.
Hazırda Dunayın dayazlaşması təkcə gəmiçiliyə mane olmur, həm də Macarıstan və Rumıniyadakı nüvə elektrik stansiyalarının fəaliyyətinə təsir göstərir.
Bu arada, Bolqarıstanda alimlər suyun səviyyəsinin düşməsindən sonra çayın yatağında nəhəng sümüklər tapıblar.
Serbiyada, II dünya müharibəsi zamanı, 1944-cü ildə batırılmış alman hərbi gəmilərinin qalıqları üzə çıxıb. Mütəxəssislərin hesablamalarına görə, Dunayın dibində təxminən 200 müxtəlif növ gəmi, o cümlədən yedək gəmiləri və barjalar var. Onlar çayın bəzi hissələrində gəmilərin üzməsini çətinləşdirir ki, bu da gəmi nəqliyyatında gecikmələrə və Serbiya üçün illik maliyyə itkilərinə səbəb olur.
2024-cü ildə Avropa İttifaqı Dunayı zibildən təmizləmək layihəsinə başlayıb. Tapşırığın 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Aşağıda dayazlaşmış Dunayın necə göründüyünə dair fotolar var.