Dünən 9 yol qəzası olub, 7 nəfər xəsarət alıb

21.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. Məlumata əsasən, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib:

"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью