Dünən aşkarlanan silah sursatın sayı açıqlandı

14.02.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Bu barədə "Cebheinfo.az"-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью