Dünən axtarışda olan 144 nəfər saxlanılıb

07.03.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Martın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью