Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
"Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb", - məlumatda qeyd olunub.