Dünən həyatını itirən tanınmış oftalmoloqun FOTOLARI

05.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq Emil Hüseynov vəfat edib.
Emil Hüseynovun rezidenti, Quba rayon mərkəzi xəstəxanasının oftalmoloqu Gülşən Mehdiyeva mərhum həkimlə bağlı Bizim.Media-nın şimal bürosuna məlumat verib.
Onun sözlərinə görə, Emil Hüseynov çətin göz əməliyyatlarının, travmatik göz əməliyyatlarının peşəkar şəkildə icra edirdi.
“O, 2020-ci ildə Vətən Müharibəsi qazisinin gözünü travmatik kataraktadan əməliyyat etmişdi. Süni bəbəyin implantiyası və keratokanuskataraktanın fakoemulsifikasiyası üzrə əməliyyatları bacarıqla icra edirdi”.
Qeyd edək ki, mərhum oftalmoloq xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью